“Lokomotiv”x9d voleybolçu aldı -  FOTO

“Lokomotiv”x9d voleybolçu aldı - FOTO

Hazırda oxunan: “Lokomotiv”x9d voleybolçu aldı - FOTO
88221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az xəbər verir ki, Bakı klubundan apasport.az saytına verilən məlumata görə, 2015/2016 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “dəmiryolçular”x9d amerikalı Kanani Danielsonu rənglərinə bağlayıblar.

Peşəkar karyerasına ölkəsinin Havay Universitetində başlayan 25 yaşlı hücumçu 2008-2012-ci ildə bu təhsil ocağının şərəfini qoruyub. 2012-ci ildə Yaponiyanın “Toyota”x9d klubuna transfer olunan 180 sm boya malik Danielson “Lokomotiv”x9də razılıq verənədək burada çıxış edib. 

Onun Asiya təmsilçisinin heyətində yeganə qazancı “Kurovaşiki kuboku”x9d (2014) olub. Həmin vaxt o, yarışın da ən dəyərli voleybolçusu seçilməsinə sevinib.

Kananinin yapon klubundan ayrılması isə səbəbsiz deyil. Çünki artıq çəkidən də əziyyət çəkən komandanın yeganə legioneri Azərbaycan yığmasının hücumçusu Polina Rəhimovanın “Toyota”x9dya keçidindən sonra “ofsayd”x9da düşüb.

Qeyd edək ki, Danielsonun “Lokomotiv”x9də gəlişi ilə komandadakı oyunçuların sayı 7-yə çatıb. Bakı klubu bu hücumçuya kimi türkiyəli toppaylayıcı Özge Kırdar Çemberci ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO