Azərbaycanlı idmançı İtaliyada 2 dəqiqəyə qalib gəldi ”“  FOTO + VİDEO

Azərbaycanlı idmançı İtaliyada 2 dəqiqəyə qalib gəldi ”“ FOTO + VİDEO

Hazırda oxunan: Azərbaycanlı idmançı İtaliyada 2 dəqiqəyə qalib gəldi ”“ FOTO + VİDEO

76937
Abdullayev 13-cü dəfə rəqibini nokautla məğlub etdi.

Mayın  2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli döyüş “Kunlun Fight Series”x9d turnirinin döyüşləri keçirilib.  

Oxu.Az xəbər verir ki, turnirdə “Qəbələ”x9d İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edib.

İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popescu ilə üz-üzə gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. 

Kikboks üzrə beş qat dünya çempiyonu,  “Kobra”x9d ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  41 doyüşündə  38-ci dəfə qalib gəlməklə, artıq 13-cü dəfə rəqibini nokautla məğlub etdi. 

Xatırladaq ki, bu turnirdə Kobra erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq, imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO