Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi

Hazırda oxunan: Ərdoğan Trampla telefonla danışdı - Regional gərginlik müzakirə edildi
644818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə ABŞ arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

O, Türkiyənin Məkkə Müdafiə Alyansı çərçivəsində Hörmüz boğazı və Yəməndəki vəziyyətin inkişafını diqqətlə izlədiyini, problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu qeyd edib.
 

Türkiyə lideri həmçinin müharibənin dayandırılması məqsədilə Rusiya ilə Ukrayna arasında diplomatik prosesin bərpasına yönəlmiş səyləri dəstəkləməyə Ankaranın hazır olduğunu vurğulayıb.


Donald Tramp isə Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib. O, oktyabrın 29-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitinə də uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO