Azərbaycan Kuboku: Final matçları indiyədək 7 stadionda keçirilib - SİYAHI

Azərbaycan Kuboku: Final matçları indiyədək 7 stadionda keçirilib - SİYAHI

Hazırda oxunan: Azərbaycan Kuboku: Final matçları indiyədək 7 stadionda keçirilib - SİYAHI
644736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan Kubokunun final matçı bu gün Bakıdakı “Bakcell Arena”da baş tutacaq.
 
Moderator.az xəbər verir ki, “Neftçi” – “Qəbələ” qarşılaşmasının məkanı ilk dəfə həlledici görüşə ev sahibliyi edəcək.
 
Ümumilikdə isə əvvəlki 28 finala 7 stadion ev sahibliyi edib. “Bakcell Arena” bu siyahıda 8-ci olacaq.
 
Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 belə oyun keçirilib. Qəbələ şəhər stadionunda 3 final gerçəkləşib.
 
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu və Naxçıvan Muxtar Respublika Stadionunun hərəsində iki, “Şəfa” (indiki “ASK Arena”), “Dalğa Arena” və “Bank Respublika Arena”da bir dəfə kubokun qalibi müəyyənləşib.
 
1992-ci ildən təşkil olunan yarışda 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb, 2002/03 mövsümü keçirilməyib.
 
Qeyd edək ki, bu gün "Neftçi" və "Qəbələ" komandaları arasında oynanılacaq final görüşü saat 20:00-da başlayacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO