Yana Rudkovskaya oğlunun Azərbaycan pasportu olduğunu təsdiqlədi

Yana Rudkovskaya oğlunun Azərbaycan pasportu olduğunu təsdiqlədi

Hazırda oxunan: Yana Rudkovskaya oğlunun Azərbaycan pasportu olduğunu təsdiqlədi

617731

Tanınmış rusiyalı prodüser Yana Rudkovskaya oğlu, 13 yaşlı fiqurlu konkisürən Aleksandr Plyuşşenkonun (atası kiqat olimpiya çempionu Yevgeni Plyuşşenkodur) Azərbaycan pasportu alması barədə yayılan məlumatları təsdiqləyib.

Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rudkovskaya idmançının vətəndaşlıq dəyişikliyinin bəzi təfərrüatlarını açıqlayıb:
 

"Saşa Plyuşşenko beynəlxalq qurumların yeni qaydaları qüvvəyə minənə qədər idman vətəndaşlığı kimi 5 illik müddətə Azərbaycan pasportu alıb. Niyə məhz 5 il? Çünki bu müddət başa çatdıqda, yəni 2031-ci ildə Saşa gənclər (yunior) kateqoriyasından böyüklərin yarışına keçəcək. O, hələ ki kiçik olduğu üçün 2030-cu il Qış Olimpiya Oyunlarına qatıla bilmir".


Rudkovskaya həmçinin əlavə edib ki, əgər oğlunun Azərbaycan pasportu olmasaydı, o, Beynəlxalq Konkisürmə İttifaqının (ISU) tətbiq etdiyi yeni məhdudiyyətlərə və qaydalara tuş gələcəkdi. İdmançının harada məşq edəcəyi barədə suala isə prodüser onun "dünya vətəndaşı" olduğunu və harada daha yaxşı şərait yaradılarsa, orada da hazırlıq keçəcəyini vurğulayıb.

Xatırladaq ki, Aleksandr Plyuşşenkonun Azərbaycanı beynəlxalq arenada təmsil edəcəyi barədə ilk xəbərlər bu ilin may ayında yayılıb. Azərbaycan Qış İdman Növləri Federasiyası da yeniyetmə idmançının ölkəmiz adına çıxış etməsi üçün müvafiq prosedurların başladığını təsdiqləmişdi. Gənc fiqurlu konkisürən öz açıqlamasında rus olaraq qaldığını, lakin beynəlxalq arenada həm Rusiyanı, həm də Azərbaycana layiqincə təmsil etmək istədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO