Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO

Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO

615025

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.

Bizim.Media xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:

"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO