"Cim-bom"un məğlubiyyətsizlik seriyasına son qoyuldu

Hazırda oxunan: "Cim-bom"un məğlubiyyətsizlik seriyasına son qoyuldu

613179

Türkiyə Super Liqasında XXVI tura start verilib.

Açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ülgün Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.

Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ülgünlə əvəzlənib. 26 yaşlı hücumçunun komandası bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyub.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO