Azərbaycanın veteran cüdoçuları Lissabonda daha 4 medal qazandı

Hazırda oxunan: Azərbaycanın veteran cüdoçuları Lissabonda daha 4 medal qazandı

42991

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib.

Bizim.Media xəbər verir ki, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, cüdoçuların qazandıqları medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, daha əvvəl Tural Səfquliyev (M-1, 100 kq) bürünc medala yiyələnib.

Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur. Turnir bu gün başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO