İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi

Hazırda oxunan: İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi

39117

Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib.

MPK-dan Bizim.Media-ya verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimov iclası açıq elan edib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Daha sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb.

Ümumi yığıncaqda Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları Milli Paralimpiya Komitəsinə üzv seçiliblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Paralimpiya Federasiyasının prezidenti Gənclər və İdman naziri olsun" - TƏKLİF - FOTO


Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib.

İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçiliblər. Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO