
- A-
- A
- A+
İdman
03:43 / 03.05.2025
1 dəq oxunma
"Mançester Yunayted" 18 yaşlı hücumçu alır
Hazırda oxunan: "Mançester Yunayted" 18 yaşlı hücumçu alır
247345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün işləri davam etdirir.
Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar" artıq yeni hücumçu transferi ilə bağlı müsbət nəticə qazanıblar. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Yunayted" "Havr"ın hücumçusu Enzo Kana-Biyik ilə razılaşıb. 18 yaşlı hücumçu yay transfer pəncərəsində İngiltərə təmsilçisinə qoşulacaq. Fransalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Kamerunlu məşhur müdafiəçi Andre Kana-Biyikinin oğlu olan Enzo Fransa gənclər çempionatında 14 oyun keçirib və 8 qol vurub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































