Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI

Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI

Hazırda oxunan: Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI
229256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Juninyonun gedişi itki sayıla bilər. Lakin bu keçid baş tutarsa, Azərbaycan futbolu üçün önəmli hadisə olacaq".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis hücumçu Olavio Juninyo ilə Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya" klublarının maraqlanmasına münasibət bildirib:

"Juninyo məsələsi konkretləşməyib. Əvvəl "Sevilya" ilə demək olar razılaşdırılmışdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO