"Araz-Naxçıvan”dan yeni REKORD

"Araz-Naxçıvan”dan yeni REKORD

Hazırda oxunan: "Araz-Naxçıvan”dan yeni REKORD
220109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Araz-Naxçıvan” bir mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda cari çempionatda 9-cu dəfə qalib gəlib.

Naxçıvan təmsilçisi Misli Premyer Liqasının XIII turunda “Sumqayıt”ı bir qolla məğlub edib.
 

“Araz-Naxçıvan” bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionat əldə edib. Komanda 2023/24 mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib. Bu dəfə Baxşıyevin yetirmələri eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.


Qeyd edək ki, Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı nəzərə almasaq, yüksək dəstədə 4-cü mövsümünü keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO