Kompani əsas motivasiya mənbəyindən DANIŞDI

Kompani əsas motivasiya mənbəyindən DANIŞDI

Hazırda oxunan: Kompani əsas motivasiya mənbəyindən DANIŞDI
213511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bavariya”nın baş məşqçisi Vensan Kompani əsas motivasiya mənbəyindən danışıb.

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, o “Sizdən öncə “Bavariya”nın məşqçilin vəzifəsinə namizəd Xabi Alonso idi.

Bu sizə əlavə motivasiya verirmi ki, ona qalib gəlib, düzgün seçim olduğunuzu sübut edəsiniz?” sualına belə cavab verib: “Qətiyyən yox. Mənim motivasiyam ondan ibarətdir ki, “Bayer” ötən mövsüm çempion olub və indi “Alyans Arena”ya gəlir. Biz turnir cədvəlinə liderlik edirik və azarkeşlərimiz üçün nəsə etməyə şansımız var.

Bu işdə başqa namizədlərin olması normaldır. Söhbət onda deyil ki, təkəbbürümü göstərim. Qətiyyən. Mən bura komanda üçün gəlmişəm, ona görə də çoxlu çalışmaq məcburiyyətindəyik.

Başqa şeylər isə mənim üçün vacib deyil. Digərləri maksimum çalışıb, uğur qazananda mənə xoş gəlir, çünki bilirəm bu, nə qədər çətindir. Mən öz işimlə məşqul olmaq istəyirəm və bunun üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, “Bavariya” – “Bayer” qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO