Azərbaycan hesabı bərabərləşdirdi  - Yenilənir

Azərbaycan hesabı bərabərləşdirdi - Yenilənir

Hazırda oxunan: Azərbaycan hesabı bərabərləşdirdi - Yenilənir

194444
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib.

Moderator.az xəbər verir ki, C qrupunda yer alan milli komandamız son matçında səfərdə Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Almaniya millisi keçirdiyi 9 oyunda maksimum nəticələ ilə DÇ-2018-ə vəsiqəni təmin edib. Azərbaycan isə bu şansı itirdiyi üçün bu matç, hər iki komanda üçün formal xarakterli olacaq.

22:45. Almaniya ”“ Azərbaycan

Baş hakim: Andris Treymanis

Kayzerslautern. Frits Valter stadionu

***

Almaniya: 12. Bernd Leno (q), 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (k), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretzka, 20. Yulian Brandt, 23. Leroy Sane

Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 3. Marvin Plattenhart, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rüdiger, 17. Jerom Boatenq, 21. Sebastian Rudi

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Emil Balayev (q), 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev

***

Oyunda hesab erkən açılıb. Qoretzka topu millimizin qapısından keçirib.

***

34-cü dəqiqədə millimiz hesabı bərabərləşdirdi. Ramil Şeydayev uzun reyddən sonra müdafiəçini aldadaraq topu qapıya göndərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO