Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır
19206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.

"Real Madrid" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. "Alfredo Di Stefano" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərinin heyətində kapitan Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO