"Qalatasaray" - "Fənərbaxça" matçı ərəblərin qadağasına görə TƏXİRƏ SALINDI - VİDEO

Hazırda oxunan: "Qalatasaray" - "Fənərbaxça" matçı ərəblərin qadağasına görə TƏXİRƏ SALINDI - VİDEO
171344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən oyun təxirə salınıb.

Bizim.Media xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı hökumətinin klublara tətbiq etdiyi qadağa olub. 

Komandalar meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırsa da, yerli hökumət buna qarşı çıxıb.  Həmçinin, oyundan əvvəl İstiqlal Marşının səsləndirilməsi də qadağan olunub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər.
Hər iki komandanın bu axşam Türkiyəyə dönəcəyi qeyd edilib.

Buna etiraz olaraq, “Fənərbaxça” və “Qalatasaray” azarkeşləri stadionda “Biz Mustafa Kamal Atatürkün Əsgərləriyik” şüarları səsləndiriblər. Bu zaman stadionun səsgücləndiricisindən ərəb musiqisi səslənib.

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan  "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlamalı idi.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO