“Sabah” Türkiyə klubu ilə QARŞILAŞACAQ 

“Sabah” Türkiyə klubu ilə QARŞILAŞACAQ 

Hazırda oxunan: “Sabah” Türkiyə klubu ilə QARŞILAŞACAQ 

164450

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.  

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olacaq.  

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək. 

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO