Rəsul Çunayev dünyanın ən güclü güləşçisidir
  ”” REYTİNQ

Rəsul Çunayev dünyanın ən güclü güləşçisidir ”” REYTİNQ

Hazırda oxunan: Rəsul Çunayev dünyanın ən güclü güləşçisidir ”” REYTİNQ

120168
Rövşən Bayramov ikinci sırada yerləşib.

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib.xa0

Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır.xa0

Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.

Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

59 kq

2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)

66 kq

9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (12)

18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)

71 kq

1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq

6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (5)

80 kq

6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (2)

85 kq

2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)

10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq

17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (nr)

18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO