İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğu yarış iştirakçılarının diqqətinə çatdırılıb

İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğu yarış iştirakçılarının diqqətinə çatdırılıb

Hazırda oxunan: İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğu yarış iştirakçılarının diqqətinə çatdırılıb

102821
xa0Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə Azərbaycan paracüdoçusu İlham Zəkiyev də qatılıb. Cüdo Federasiyasından xa0verilən məlumata görə, Paralimpiya Oyunlarının ikiqat qalibi, eyni sayda dünya və beşqat Avropa çempionu yarışa Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən paracüdonun təqdimatı münasibətilə dəvət olunub.
xa0
“Neftçi İdman Klubu”x9dnun təmsilçisi Abu-Dabidə komanda yoldaşı Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar da ediblər.
xa0
Dünya birinciliyinin keçirildiyi İdman Sarayında dünya paracüdosunun ulduz idmançısı, əməkdar idman ustası, "Şöhrət”x9d ordenli, "Tərəqqi”x9d medalının sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar”x9d mükafatının laureatı olan Zəkiyevin erməni snayperi tərəfindən vurularaq, görmə qabiliyyətini itirməsi elan olunub.
xa0
Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.
xa0
Qeyd edək ki, dünya birinciliyində artıq Azərbaycan millisi çıxışını başa vurub. Yığmamızın heyətində Hidayət Heydərov (66 kq) və Firudin Dadaşov (90 kq) bürünc medal qazanıb. Bu gün keçiriləcək komanda yarışları ilə mundiala yekun vurulacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO