Gədəbəydə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Böyük Qaramurad kəndi ərazisində qeydə alınıb.
“Niva”x9d ilə “Mercedes”x9d markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”x9d-in sürücüsü 1952-ci il təvəllüdlü İsa Quliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.



































































































