4 nəfər 1 gənci... -  Ədəbsiz vəhşilik

4 nəfər 1 gənci... - Ədəbsiz vəhşilik

Hazırda oxunan: 4 nəfər 1 gənci... - Ədəbsiz vəhşilik
63530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Teleqraf.com-un məlumatına görə, Bakı şəhər sakini 17 yaşlı Cəlil Mahmudov Nərimanov parkı ərazisində bıçaqlanıb.
 
İşin istintaqını aparan müstəntiq Elnur Məmmədyarovun verdiyi məlumata görə, dörd nəfər naməlum şəxs Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. C.Mahmudov  ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Faktla əlaqədar cinayət məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayonu Polis İdarəsi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışlarını davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO