Azərbaycanda

Azərbaycanda "Audi" avtomobilləri ilə bağlı iş qaldırıldı

Hazırda oxunan: Azərbaycanda "Audi" avtomobilləri ilə bağlı iş qaldırıldı
58681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Audi" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Bu barədə Moderator.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, həmin reklamlarda "Audi" markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Audi hər zaman öndə", "Audi Q7 liderlik üçün yaradılıb", "Audi Q3 seqmentinin yeni etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar "Audi" avtomobillərinin satışını həyata keçirən "Europen Cars" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO