Prezident maşını 241-lə sürdü  -VİDEO

Prezident maşını 241-lə sürdü -VİDEO

Hazırda oxunan: Prezident maşını 241-lə sürdü -VİDEO

32787
Çeçenistan prezidenti Ramzan Kadırov maşını 241 km/saat sürətlə sürüb. Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bunu sübut edən video Çeçenistan prezidentinin İnstagram səhifəsində yerləşdirilib. Videoda Ramzan Kadırovun səsi aydın seçilib. İstifadəçilərin şərhlərindən görünür ki, Çeçenistan rəhbərinin idarə etdiyi avtomobil “Mercedes-Benz ML 63 AMG” olub. 

Bu arada isə ictimai təşkilatlar Ramzan Kadırovun sürücülük hüququndan məhrum edilməsini tələb edirlər. Rusiya qanunvericiliyinə görə, yollarda maksimal sürət 110 km/saat təşkil edir. Ramzan Kadırovun maşını çox yüksək sürətlə idarə etdiyi şəhərdaxili yollarda isə yol verilən maksimal sürət 60 km/saatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO