Bakıda vulkan püskürdü -  FOTO

Bakıda vulkan püskürdü - FOTO

Hazırda oxunan: Bakıda vulkan püskürdü - FOTO

222197
Bu günxa0 Bakının Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq müşahidələr həyata keçirilir.

Torağay palçıq vulkanı ETSN-in Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO