Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü,  xəsarət alanlar var

Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var

Hazırda oxunan: Şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var

216721
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.xa0

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir. Faktla bağlı araşdırma aparılır.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO