Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

Hazırda oxunan: Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

192560
Ana uşağının öldüyün bilmir

Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb.

Moderator.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, 12 yaşlı ana uşağının öldüyün bilmir: “Hələlik ona uşağın öldüyünü bildirməmişik. Vaxtından əvvəl doğulan uşaq inkişafdan qalmışdı. Həkimlər onun yaşaması üçün əlindən gələni etdi, amma yaşatmaq mümkün olmadı”x9d.

Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.

ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Qızın valideyni həmin uşağı qəbul edəcəyini açıqlamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO