Şirkət rəhbəri və telekanal əməkdaşı dəhşətli qəzada öldü ”“  FOTO

Şirkət rəhbəri və telekanal əməkdaşı dəhşətli qəzada öldü ”“ FOTO

Hazırda oxunan: Şirkət rəhbəri və telekanal əməkdaşı dəhşətli qəzada öldü ”“ FOTO

182751
Ötən gün, iyunun 27-də, Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.xa0

Moderator.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser”x9d markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub.xa0

Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO