Meyxanaçı Rəşad Dağlı maşınını aşırtdı  -Foto

Meyxanaçı Rəşad Dağlı maşınını aşırtdı -Foto

Hazırda oxunan: Meyxanaçı Rəşad Dağlı maşınını aşırtdı -Foto

139886
Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb.

Səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

“Toyota Prado”x9d markalı “10 KC 011”x9d dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.xa0

Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. xa0(apa)




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO