Kəlbəcərin icra başçısının xarici pasportu olmayan qızı ABŞ-da qonaqlıq verib?

Kəlbəcərin icra başçısının xarici pasportu olmayan qızı ABŞ-da qonaqlıq verib?

Hazırda oxunan: Kəlbəcərin icra başçısının xarici pasportu olmayan qızı ABŞ-da qonaqlıq verib?

133568
Bu gün icra başçılarından birinin qızının Amerikada dostlarına verdiyi əcaib qonaqlıqla bağlı xəbər az qala ölkə mediasının gündəmini zəbt edib.xa0

İddialara görə təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara "Dollar qonaqlığı”x9d verib. Guya onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf etdiyindən xəbər ikiqat maraq doğurub.

Sonradan həmin xanımın Kəlbəcərin icra başçısının qızı olduğuyla bağlı saytlarda xəbər tirajlanması məsələni daha da qəlizləşdirib.xa0

Moderator.az olaraq əminliklə oxucularımıza və mediadakı həmkarlarımızı, eyni zamanda saytımızın ölkənin ən sanbalıı və ciddi xəbər istehsalçılarından olduğumuzu qəbul edən məmləkətin bütün düşüncəli insanlarına səslənərək yayılmış bu xəbərin Kəlbəcərin icra başçısı Aqil Məmmədova heç bir dəxli olmadığını bəyan edirik. Aqil Məmmədovun ailəsini yaxından tanıyaraq bildiririk ki, onun xa0üç azyaşlı uşaq anası olan qızı evdar qadındır və həmin xanımın ümumiyyətlə xarici pasportu yoxdur ki, sərhədlərimizin o tayına keçə bilsin, nəinki Amerikada əndarabdi qonaqlıq versin.

Təbii ki, ABŞ-dakı əcaib qonaqlığın mövcudluğunu tirajlayan həmkarlarımızın da iddialarını qəribçiliyə salmaq niyyətimiz yoxdur. Ola bilsin ki, gerçəkdən də hansısa icra başçısının ərköyün qızı belə bir əcaib qonaqlıq təşkil edərək tarixə düşmək istəyib. Amma bu xanımın Kəlbəcərin icra başçısı ilə yaxından - uzaqdan əlaqəsi olmadığı üçün həmkarlarımızı diqqəli olmağa dəvət edirik. Anlayışınız üçün hər kəsə təşəkkürlər...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO