ABŞ - da yağan güclü qar nəticəsində ölənlərin sayı 25 - ə çatdı.
xa0
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Kentukki ştatında bir nəfər yol qəzası nəticəsində ölüb, iki nəfər yaralanıb. Ştatda daha bir nəfər yolu qardan təmizləyərkən ölüb.
Merilend ştatında iki nəfər qar təmizləyərəkən ürəktutmasından dünyasını dəyişib.
Nyu - Cersi ştatında qadın öz maşınında uqar qazı nəticəsində ölüb. Onun 3 yaşlı qızı isə qazdan zəhrlənmə nəticəsində xəstəxanaya yerləşdirilib. Maşında uqar qazından boğulma nəticəsində Pensilvaniyada da bir nəfər kişi ölüb.
Güclü qar yağması davam edir və bunun nəticəsində ölkənin 11 ştatında fövqəladə vəziyyət elan olunub.
Vaşınqton və Nyu - Yorkda avtomobillərin hərəkəti qadağan edilib.



































































































