Jurnalist Rasim Əliyevin öldürülməsi Azərbaycanda media əməkdaşları, müxalif düşüncəli siyasilər, vətəndaş cəmiyyəti nümayəndələri və s. kateqoriyadan olan şəxslərin təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Maraqlıdır,
Azərbaycanda yaşamaq kimlər üçün daha təhlükəli və risklidir ”“ jurnalistlər,
siyasilər, QHT təmsilçiləri, yoxsa istisnasız olaraq hər kəs üçün?
Moderator.az
xəbər verir ki, bununla bağlı “Hürriyyət”x9d qəzetinə açıqlama verən Milli Şuranın
sədri, professor Cəmil Həsənli bu təhlükənin hakimiyyətin oyuncağı olmayan hər
kəsi təhdid etdiyinə diqqət çəkdi:
“Təbii
ki, heç kim təhlükədən sığortalanmayıb. Lakin bu da bir həqiqətdir ki, Azərbaycanda
jurnalistlər, demokratik düşüncəli siyasilər, vətəndaş cəmiyyət tənsilçiləri
üçün risk və təhlükənin miqyası daha böyükdür. Fəqət bu təhlükə heç də bütün
jurnalsitlər, siyasilər, vətəndaş cəmiyyəti təmsilçiləri üçün deyil. Bu risk və
təhlükə o jurnalistlər, o siyasilər üçündür ki, onlar həqiqi jurnalist, həqiqi
siyasətçidirlər. Onlar öz vicdanlarının səsinə qulaq asaraq yalnız və yalnız
obyektivliyini dilə gətirir, yalnız həqiqətdən danışırlar. Onlar
alınıb-satılmayan insanlardır. Ümumiyyətlə, kim ki, hakimiyyətin oyuncağı
deyil, kim ki, həqiqət və ədalət uğurunda mübarizə aparır, bu yolda mücadilə aparmaqdan
qorxmur, geri çəkilmir, təhlükə ilk növbədə onları təhdid edir”x9d.
Seymur Əliyev

































































































