“Ana dilimiz kimsəsiz və yetimdir”x9d

“Ana dilimiz kimsəsiz və yetimdir”x9d

Hazırda oxunan: “Ana dilimiz kimsəsiz və yetimdir”x9d

88615

Bu gün Azərbaycanda əlifba və ana dili günüdür. Maraqlıdır, ana dilimizin hazırkı vəziyyəti qənaətbəxşdirmi? Dilimizə kifayət qədər sahib çıxa bilirikmi?

Moderator.az-a açıqlama verən tanınmış publisist-yazar Mehriban Vəzir Azərbaycan dilinin kimsəsiz və yetim vəziyyətdə olduğunu söylədi:

“Bu gün Azərbaycan dilinin vəziyyəti qətiyyən qənaətbəxş deyil. Ana dilinə dövlət qayğısı yoxdur. Olan qayğı da formaldır. Hakimiyyətdə olan, yüksək postlarda çalışan insanlar evlərində övladları ilə ana dilində danışmırlarsa, bu o deməkdir ki, ana dili sahibsiz və yetimdir. Əgər küçədə, evində bir ana övladı ilə ana dilində danışmırsa, bu o deməkdir ki, dil həqiqətən də yetimdir.

Azərbaycanda, xüsusilə də Bakıda zənginlərin, idarəedici zümrənin arasında rus dili daha çox yayqındır. Dövlət ana dilinə sahiblik eləmir. Illər öncə Avropada ingilis dili fransız dilini “yeməkdə”x9d idi. Fransada reklamlar, yayımlar və s. ingilis dilində idi. İngilis dili fransız həyat tərzinə, fransız dilinə çox müdaxilə eləmişdi. O vaxt Fransa ziyalıları ana dili hərəkatı yaratdılar. O vaxtkı Fransa prezidenti televiziya ilə çıxışında bildirdi ki, fəxr edirəm ki, ana dilindən başqa heç bir dildə danışmıram və heç bilmirəm də. Bu, ana dilini himayə etmək, onun önəminə diqqət çəkmək idi. Doğrudur, daha çox dil bilmək hər zaman daha yaxşı bir şey olub. Bizdə isə dil bilməyi ananın övladı ilə yad dildə danışması kimi başa düşürlər. Bu, artıq daha çox dil bilmək deyil. Bu, ananın kölə şüuru daşımasıdır.

Türkiyədə insanlar xarici dil öyrnməyə can atırlar. Lakin orada kimsəninxa0 ağlına belə gəlmir ki, evdə başqa dildə danışsın. Bu, qürur məsələsidir. Bizdə isə elə deyil. Bizdə insanlar övladları ilə rus dilində danışmağı qürur hesab edirlər. Bu isə şüurumuzdakı köləlik simptomlarının davam etməsinin nəticəsidir. Bunun da yeganə səbəbi dövlətin ana dilini yetərincə himayə etməməsidir”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO