Alov təmas xəttini keçərək ordumuzun nəzarəti altında olan ərazilərə də keçib.
Ermənilər işğal altındakı Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edirlər.xa0
Moderator.az xəbər verir ki, yerli sakinlərin report-a verdiyi məlumata görə, bu gün yanğınlar Füzuli rayonunun işğal altında yerləşən Əbdülrəhmanlı kəndi ərazisində qeydə alınıb.
Qısa müddətdə geniş əraziyə yayılan yanğını uzaqdan aydın müşahidə etmək mümkün olub. Alov təmas xəttini keçərək ordumuzun nəzarəti altında olan ərazilərə də keçib.


































































































