Ermənistanda etiraz aksiyalarının yeni mərhələsi başlayıb. Ölkə paytaxtındakı əsas küçələri bağlayan etirazçılar yenidən sosial tələblər irəli sürüb.
Maraqlıdır, son bir neçə
həftədir ki, bütün dünyanın diqqətini özünə cəlb edən bu etirazlara Azərbaycan
müxalifəti hansısa şəkildə dəstək verə bilərmi? Ümumiyyətlə, Azərbaycan müxalifətinin
sırf demokratikləşmə nöqteyi-nəzərindən erməni müxalifətə dəstək ifadə etməsi
mümkündürmü? Belə bir dəstək ölkə müxalifəti tərəfindən məqbul hesab edilirmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən Milli Şuranın hüquq komissiyasının rəhbəri,
ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal indiki şəraitdə belə bir addım
atmağın mümkün olmadığını vurğuladı:
“Azərbaycan-Ermənistan
münaqişəsi və bu münaqişənin vurduğu yaralar çox dərinə işləyib. Ermənilər 20
ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. Əlbəttə,
heç bir münaqişə, heç bir müharibə sonsuza qədər davam etmir. Lakin əldə edilən
sülhün və razılaşmanın da ədalətli şərtləri olmalıdır.
Qarabağ problemi yalnız
Azərbaycan və Ermənistan dövlətlərini deyil, cəmiyyətləri də bir-birinə düşmən
edib. Odur ki, bu gün hansısa bir şəxsin, siyasi qurumun Ermənistandakı hansısa
prosesə, yaxud hansısa siyasi quruma dəstək verməsi mümkünsüzdür. Belə bir
münasibət cəmiyyət tərəfindən də qəbul edilməz”x9d.
Seymur Əliyev


































































































