Azərbaycan prezidentinin ipotekanın həcminin 200 milyon manata qaldırılması ilə bağlı səsləndirdiyi fikiri yüksək dəyərləndiririk və hesab edirik ki, bu ölkədə mənzil sahəsindəki problemin həllində ciddi dönüşə səbəb olacaq.
Bunu Moderator.az - a açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib:
“Məlum oduğu kimi, Azərbaycan əhalisinin xeyli hissəsi gənclərdir. Ölkəmizdə hər il 80 mindən artıq nikah bağlanır. Çox təəssüflər olsun ki, hər il nikahda olanların 12 mini boşanır. Bu rədəm artan xətlə gedir. Bunun səbəbləri çoxdur. Əsas səbəblərdən biri gənc ailənin ayrıca mənzilinin olmamasıdır. Ona görə də mənzil tikintisini genişləndirməkdən ötrü ipoteka vəsaitinin artırılması çox zəruridir. Bu baxımdan prezidentin ipotekaya ayrılan dövlət vəsaitinin ən azı 200 milyon manat artırılması fikrini müsbət dəyərləndiririk”x9d, - deyə millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, eyni zamanda ipotekaya ayrılan dövlət vəsaitinin ən azı 200 milyon manat artırılması bu istiqamətdə mütərəqqi meyllərlə müşayət olunmaqdan ötrü həm də ipoteka kreditlərinin məbləğini o səviyyəyə qaldırılmalıdır ki, həmin məbləğə heç olmasa 2 otaqlı ev almaq mümkün olsun:
“İlkin odənişin aradan qaldırılması üçün xüsusi fondun yaradılmasını və ya başqa üsulla bu sahədəki problemin həlli də çox zəruridir. Gənc ailələrin ipoteka üzrə kredit yükünü azaltmaqdan ötrü sosial ipotekada faiz dərəcəsinin 4 faizdən 2 faizə, adi ipotekada isə 8 faizdən 5 faizə endirilməsini zəruri hesab edirik.”x9d
Ə. Məsimli hesab edir ki, gənclərin regionlarda qalıb işləməsini təmin etməkdən ötrü zəruri şərtlərdən biri də ipoteka kreditləşməsinin regionlara tətbiqi istiqamətində atılmağa başlayan ilk addımların sürətləndirilməsi ola bilər:
”x9dHazırda fəaliyyətdə olan ipoteka modelindən faydalanmaqdan ötrü aylıq gəlir azı 700 - 800 manat olmalıdır. Halbuki ölkə üzrə orta əmək haqqı 450 manatdır. 2014 - cü ildə orta əmək haqqı dövlət sektorunda ”“ 357 manat, qeyri - dövlət sektorunda isə 570 manatdan artıq olub. İndi orta əmək haqqı iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı orta əmək haqqından xeyli yüksəkdir. Ən yüksək əmək haqqı mədənçıxarılma sənayesində olub: 1700 manatdan artıq, onun qeyri - dövlət sahəsində isə 2243 manat”¦.Ən aşağı əmək haqqı isə səhiyyədə olub: 198 manat.Təhsil sahəsində son maaş artımlarından əvvəl təhsilin dövlət bölməsinə orta əmək haqqı 295 manat, özəl bölməsində isə 400 manatdan yüksək olub. Elm sahəsində çalışanların da çoxunun maaşları 250 - 300 manat arasındadır. Bir sıra regionlarda özəl sektor lazımı səviyyədə inkişaf etmdiyindən, orada gəlirlər ölkə üzrə orta gəlirdən 2,2 - 2,5 dəfə aşağıdır, məsələn Şəkidə bu rəqəm orta göstəricidən təqribən 2 dəfə, Ağstafada 2,5 dəfə aşağıdır. Göründüyü kimi əhalinin xeyli hissəsi hazırkı ipoteka şərtləri ilə kreditə ev ala bilməz. Ona görə də hazırkı ipoteka üsulu ilə ilə yanaşı olaraq gənc ailələr üçün “sosial evlərin”x9d tikilməsi layihəsinin başlanılması da məqsədəuyğun olar.”x9d
Onun sözlərinə görə, indi kirayədə qalan gənc ailə hər ay 300 - 500 manat kirayə haqqı ödəyir.”x9dÖlkədə orta əmək haqqının 450 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəssinin gəlirlərinin isə 200 - 300 manat arasında olduğu bir şəraitdə, hər gənc ailə bu qədər kirayə haqqının altına girə bilmir. Digər tərəfdən, hazırkı ipoteka şərtləri ilə kredit alanların bir hissəsi də ağır duruma düşürlər. Hazırkı ipoteka şərtləri ilə ev almağa imkanı çatmayanlar ipoteka şərtlərində olduğu kimi, ayda 400 - 500 manat yox, 60 - 70 manat, maksimum 100 manat ödəməklə sonda, yəni 20 - 25 ildən sonra həmin “sosial evlər”x9din evin sahibi olsun”x9d, -millət vəkili qeyd edib.

































































































