“Hakimiyyət polis zorakılığını sitimullaşdırmağa çalışır”x9d

“Hakimiyyət polis zorakılığını sitimullaşdırmağa çalışır”x9d

Hazırda oxunan: “Hakimiyyət polis zorakılığını sitimullaşdırmağa çalışır”x9d

82779

Ermənistanın polis rəisi Vladimir Qasparyan  İrəvanın mərkəzində keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı tətbiq edilən zorakılığa görə media nümayəndələrindən üzr istəyib.

Xatırladaq ki, bugünə qədər Azərbaycanda keçirilən aksiyalarda xeyli sayda jurnalist və vətəndaş polis tərəfindən zorakılığa məruz qalsa da, heç bir polis rəisi və ya hakimiyyət təmsilçisi buna görə vətəndaş və jurnalistlərdən üzr istəməyə lüzum görməyib.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Azərbaycanda hakimiyyətin polis zorakılığını sitimullaşdırdığını qeyd etdi:

“Polislərin vətəndaşlara qarşı zorakı fəaliyyəti dövlət siyasətidir. Ölkədə keçirilən aksiyalarda polis tərəfindən zorakılığa məruz qalan vətəndaşlarla, jurnalistlərlə bağlı hakimiyyət nəinki hər hansı üzrxahlıqla çıxış etməyib, əksinə polis zorakılığına hər zaman haqq qazandırıb. Bu baxımdan Azərbaycanda belə bir örnək yoxdur. Əksinə, hakimiyyət polis zorakılığını sitimullaşdırmaqla çalışır ki, ictyimaiyyətdə daha çox qorxu yaratsın. Bu, hakimiyyətin həm hüquqa, həm də öz vətəndaşına olan münasibətinin göstəricisidir”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO