Məmmədəmin Rəsulzadənin "Bakmil" metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstünün bugünlərdə metropolitenin rəisi Zaur Hüseynovun göstərişi ilə oradan götürülərək qalıqlarının yük maşınına yığılaraq aparılması BAXCP-nin də ciddi narazılığına səbəb olub.
Bununla bağlı Moderator.az-a acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bidlrib ki, Rəzulzadənin büstünə qarşı bu cür davranışı BAXCP qətiyyətlə pisləyir və bunu qəbuledilməz hal kimi dəyərləndirir:
”x9dBunu Azərbaycan Xalq Cümhuriyyətinin liderinin xatirəsinə sayğısızlıq kimi qəbul edirik. 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Suverenlik Aktında yazılıb ki, indiki Azərbaycan AXC-nin varisidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalayıb və Rəzulzadəyə olan hörmət və ehtiramını göstərib. Sərəncamda onun irsinin öyrənilməsi, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulub. Zaur Həsənovun da prezidentin sərəncamından xəbəri olmamış deyil. Bu qurumun rəsmi acıqlaması ilə də tanış olduq. Yazırlar ki, büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşdüyündən depo ərazisində təmiri aparılır. Həmin işlər çərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yarasız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı. Və yenu büstün təmir işləri tam başa çatandan sonra ora yerləşdirilməsi hələ ki, planda yoxdur. Niyə planda yoxdur? Nə böyük vəsait tələb olunur yeni büstün qoyulması üçün?! Düşünürük ki, Rəzulzadəyə qarşı bu münasibət aradan qaldırılmalıdır və yeni büst hazırlanıb yerinə qoyulmalıdır”x9d

































































































