“Gələcəyi neftin rəngi kimi tutqun görsənən milli iqtisadiyyat...”x9d

“Gələcəyi neftin rəngi kimi tutqun görsənən milli iqtisadiyyat...”x9d

Hazırda oxunan: “Gələcəyi neftin rəngi kimi tutqun görsənən milli iqtisadiyyat...”x9d

74036
Hazırda ABŞ-da 6 aylıq kursda olan tanınmış iqtisadçı alim Qubad İbadoğlu iqtisadi duruma aid fikirlərini sosial şəbəkədə izləyiciləri ilə paylaşıb. Q.İbadoğlunun statusunu təqdim edirik:

"Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var deyib, onların arasında Azərbaycan Dövlət Neft Fondunun, Azərbaycan Dövlət Neft Şirkətinin adlarını sadalayan Mərkəzi Bank sədri bu açıqlaması ilə həm Azərbaycan iqtisadiyyatının taleyinin neft satışından nə qədər asılı olduğunu, həm də yerli şirkətlərin rəqabət qabliyyətsizliyini təsdiqlədi. Bununla o göstərdi ki, xarici bazarlarda neftdən başqa bir şey satmaq qabliyyətinə malik deyilik və Azərbaycanda istehsal olunmuş məhsulları başqa dövlətlərə ixrac edib ölkəyə çoxlu valyuta gətirən özəl şirkətimiz yoxdur. Bu, həm də dolayı yolla daxili bazarın monopollaşmasının isbatıdır. Burdan çıxan digər bir nəticə də odur ki, indiyə qədər dövlət rəqabəti deyil, inhisarçıları dəstəkləyib, onlar da aşağı keyfiyyətli və baha qiymətli mallarla yalnız yerli istehlakçıları təmin etmək qabliyyətindədir. Çünki bizdən başqa heç bir alıcı həmin monopol şirkətlərin istehsal etdikləri məhsullara pul vermir ("verməz" kimi də oxuya bilərsiniz). Nəticə odur ki, neft hasilatının və qiymətlərinin aşağı düşdüyü şəraitdə milli iqtisadiyyatın gələcəyi neftin rəngi kimi tutqun görsənir. Manata gəlincə, Mərkəz Bankının sədri dünənki açıqlaması ilə həm də növbəti devalvasiyanın anonsunu verdi: 20-30 faiz. və onu da etiraf etdi ki, hazırkı şəraitdə manatın sabitliyinə pul xərcləməsi ilə ovçunun havaya güllə atması arasında heç bir fərq yoxdur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO