
- A-
- A
- A+
Повестка дня
18:10 / 03.03.2015
2 dəq oxunma
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Hazırda oxunan: Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
71418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışıb. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər ilin bu günü təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurumun tərkibinə daxil olan ölkələrdə baş verən fövqəladə hallarda əhaliyə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın gördüyü əhəmiyyətli və vacib işlərə cəlb etmək, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün məsuliyyət daşıyan əməkdaşların çətin və fədakar əməyini lazımınca qiymətləndirməkdir.
G.Cahangirov onu da qeyd edib ki, kitabxanada mülki müdafiə işinin dayanıqlığını təşkil etmək məqsədilə idarəetmə mərkəzinın yaradılması planlaşdırılır. Mərkəzin fəaliyyət istiqaməti işçilərin Mülki Müdafiəyə hazırlığının yüksəldilməsi, ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə yönəlmiş olacaq.
Tədbirdə, həmçinin mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıq və cihazlar nümayiş etdirilib, onların təyinatı və iş prinsiplərindən danışılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































