“Silah və güc dilində danışmağın artıq sonu çatıb”x9d

“Silah və güc dilində danışmağın artıq sonu çatıb”x9d

Hazırda oxunan: “Silah və güc dilində danışmağın artıq sonu çatıb”x9d

71190
"Türkiyə kürd probleminin həllində yeni mərhələyə qədəm qoyub"

Bu barədə ötən gün ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq nizamlanmaya dair konqres keçirmək çağırışını şərh edərkən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.  
 
“Silah və güc dilində danışmağın artıq sonu çatıb, demokratik siyasətə yol açıqdır, dinc yolla nizamlanma prosesi yeni mərhələyə  qədəm qoyub”x9d, deyə  Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının gənclər təşkilatının konqresində çıxışı zamanı  qeyd edib. O əlavə edib ki, Türkiyə vətəndaşları arasında nifaq toxumu səpmək məqsədi ilə əhalinin türklərə, kürdlərə, ələvilərə və sünnilərə ayırmaq cəhdlərinə yol verilməyəcək.
 
Qeyd edək ki, 40 mindən çox insanın həyatına son qoymuş 35 illik münaqişənin nizamlanması məqsədi ilə Türkiyə hakimiyyəti  2012-ci ilin oktyabrında ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalan ilə danışıqlara başlayıb. Tərəflər üzərilərinə öhdəliklər götürərək münaqişənin həlli ilə bağlı  “yol xəritəsi”x9d hazırlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO