"Əgər Əlisahib Hüseynov legitim partiya sədri olmaq istəyirsə..."

Hazırda oxunan: "Əgər Əlisahib Hüseynov legitim partiya sədri olmaq istəyirsə..."

69011
Əlisahib Hüseynovun “sədr seçkisində”x9d cəmi 62 nəfər iştirak edib.

Onlardan 12 nəfəri DADP-dən qovulanlar, qalanları isə qovulmuşların yaxınları olub

Bir müddət öncə Moderator.az -da yayımlanan xəbər təkrar müzakirə obyekti olub. Belə ki DADP üzvü Elnur Məlikov partiya sədri Əlisahib Hüseynovu yenidən sərt ittiham edib.

Moderator.az elektron poçt ünvanımıza göndərilən yazını olduğu kimi təqdim edir:

"Hörmətli redaksiya, hər bir şəxsə öz fikrini sərbəst ifadə etməyə şərait yaratdığınıza görə qabaqcadan sizə minnətdarlığımı bildirirəm.

Sizin satnızda “DADP sədrinə qarşı ittihamlara cavab”x9d adlı məqaləni oxuduqdan sonra bəzi məqamlara aydınlıq gətirmək qərarına gəldim. Mən çalışıram ki, yazılarımda təhqir və kimlərinsə şərəf və ləyaqətinə toxunan fikirlərdən uzaq olum. Təhqirə yol vermək, həm də sizin saytınızın nüfuzuna xələl gətirə bilər. Gəlin bu prinsipi sona qədər qoruyaq. Kimsə obyektiv tənqidlə təhqiri bir-birindən ayıra bilmirsə, günah həmin şəxsin savadında və dünya görüşündədir. Güzgüdə özünü əyri görənlər daha güzgünü niyə sındırırlar? Çalışıb özlərini düzəltsinlər. Güzgü hər şeyi olduğu kimi göstərir.

Özünü DADP-nin sədri kimi təqdim edən saxta və qondarma partiya sədri (qondarma partiya yox, qondarma sədr!) Əlisahib Hüseynovun dostu Əsəd Cahangirə xatırlatmaq istəyirəm ki, mən naməlum deyiləm. Məlikov Elnur Məhəmməd oğlu, əslən Lənkərandan, 1970-ci ildə anadan olmuş, beynəlxalq münasibətlər fakültəsinin məzunu, 1998-ci ildən DADP üzvü, dövlətçiliyin qorunmasında siyasi hadisələrin fəal iştirakçısı, DADP Analatik Araşdırma Qrupunun rəhbəri.

Görünür Əsəd Cahangir mənim məqaləmi sona qədər diqqətlə oxumayıb və oxuyubsa, obyektiv tənqidi faktlarla rastlaşdığından çox həyacanlanıb. Bunu yazdığı məqaləsində də büruzə verib. Mən sizə ünvanladığım məqalədə heç vaxt DADP-nin qondarma olduğunu yazmamışam. Necə bu iddiada ola bilərəm ki, özüm 17 ildir ki, bu partiyanın üzvlük vəsiqəsini daşıyıram. Bəli, DADP-nin qurucusu Məmməd Əlizadə olub. Bu partiyanın qəzeti olub və mən də həmin qəzetdə şöbə müdiri olmuşam. Mən o vaxtlar Əlisahib Hüseynovu bu partiyada görməmişəm. Sevda Xurşudova olub, o da Gürcüstan vətəndaşə olduğundan qeyri- formal fəaliyyət göstərib və əsas vəzifəsi Məmməd bəyə çay gətirmək olub. Sonradan Esmira Şükürova partiyaya gəlib. O da iddialı olduğundan Sevda Xurşudova Esmiranı partiyadan qovub.

Mən yazmamışam ki, DADP-nin 5-6 nəfər üzvü olub. Mən yazmışam və yenə də yazıram ki, Əlisahib Hüseynov qondarma və saxta sədrdir. Təəssüf ki, Əsəd bəy qondarma sözünü DADP-yə aid edir. Xeyr, mən deyirəm ki, qondarma partiaya sədri. Qondarma sözünün izahlı lüğətini Əsəd bəyin diqqətinə çatdırlıram: uydurma, saxta, süni, əsli olmayan, yalançı. Bəli, bütün bunlar Əlisahib Hüseynovun “DADP sədri”x9d olmasının açmasıdır. Əgər Əsəd Cahangir bilmirsə, onun diqqətinə çatdırım ki, Əlisahib Hüseynovun “DADP sədri seçkisi”x9d keçirilən “qurultayda”x9d cəmi 62 nəfər iştirak edib. Onun 12-si partiyadan qovulanlar, bir neçəsi qul bazarından tutulub gətirilənlər, qalanları isə qovulanların yaxınları, Sevda Xurşudovanın qızı, bacısı, oğlu və gəlinidir. Bunu təsdiqləyən həmin “qurultayın”x9d video görüntüləri var. Bu gün həmin video görüntülər bizim əlimizdədir. Bu günlərdə həmin görüntülər Youtube-də yerləşdiriləcək. Siz özünüz də hər şeyi açıq-aydın görəcəksiniz.

Əlisahib Hüseynovun rəhbərlik etdiyi “DADP”x9d-nin təxribatla, araqarışdırma və parçalanma ilə məşğul olması hamıya bəllidir. Mən 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində onların qarşıdurma cəhdləri barədə ötən yazımda yazmışdım. Bir daha xatırladıram ki, Əlisahib Hüseynovun başçılıq etdiyi dəstə

YAP-ıin prezidentliyə namizədinin və bütov xalqın dəstəklədiyi namizədə alternativ namizəd irəli sürmüşdül. Özü də YAP-ın sədr müavini. Kim icazə və razılıq vermişdir ki, Əlisahib Hüseynov və onun əlalatıları başqa bir partiyanın sədr müavinin, özünün və təmsil olunduğu partiyanın razılığı olmadan namizədliyini irəli sürsün? Bilirsinizmi buna kim icazə vermişdi? Azərbaycanda prezident seçkilərini pozmağa çalışan qüvvələr, republikada qarşıdurma, çaşqınlıq yaratmaq istəyən dairələr. Onlar Əlisahib və onun dəstəsindən bir vasitə kimi istifadə edirdilər. Ötən məqaləmdə yazmışdım ki, partiyamızın adından istifadə edən bu təxribatçıların ifşa olunmasında həm DADP sədri Fatma Əliyeva, həm də sabiq mətbuat katibi Esmira Şükürovanın böyük xidmətləri olub. Siz bunu təhqir və böhtan kimi qəbul edib Esmira Şükürovanın məni məhkəməyə verməsi ilə hədələyirsiniz. Məgər mənim yazdıqlarım yalan və böhtandır? Elə isə bir neçə faktı diqqətinizə çatdırıram:

“Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı dağıdılıb. Partiyanın sədri Əlisahib Hüseynov həbs olunub. DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilib.

Bu məlumatı virtualaz.org saytına DADP-nin Fatma Əliyeva qanadının mətbuat xidmətinin rəhbəri Esmira Şükürova verib. Bu barədə bu gün özünün facebook hesabında da yazan E.Şükürova saytımıza açıqlamasında bildirdi ki, DADP-nin Rəşid Behbudov küçəsi 15, 31/64 ünvanında yerləşən baş qərargahı Daxili İşlər Nazirliyini əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, DADP-ni təmsil etdiyini deyən Sevda Xurşudova və onun ətrafındakılar builki prezident seçkilərində ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəklədiklərini elan etmişdilər”x9d.

virtualaz.org saytı, 25 iyul 2013-cü il.

“Fatma Əliyevanın rəhbərlik etdiyi qanadın mətbuat katibi Esmira Şükürova Azadlıq Radiosuna bildirib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürənlər vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradan şəxslərdir: “13 oktyabr 2012-ci ildə biz qurultay keçirmişik, həmin qurultayda Fatma Əliyeva partiyanın sədri olub. O sədr olandan sonra partiyada təmizləmə işləri aparıb. Həmin vaxt partiyadan xaric olunanlar sonradan eyni adla partiya yaradıblar. Sonra baş prokurora və Nərimanov prokurorluğuna məktub yazıblar ki, əsl Demokratik Azərbaycan Dünyası Partiyası onlardılar və Fatma Əliyeva möhürü onlara vermir. Maraqlıdır ki, həmin məktublarına möhür də vurublar. Bəs onda necə olur bu?”x9d. Esmira Şükürova əlavə edib ki, DADP-nin yeganə namizədi Ilham Əliyevdir”x9d.

“Azadlıq”x9d Radiosu, 23 iyun 2013-cü il, “Yeni Müsavat”x9d qəzeti, 13 iyun 2013-cü il, qaynar.info, 23 iyun 2013-cü il.

“Bizim xəbərimiz olmadan partiyamızın üzvlüyündən azad edilmiş bir qrup şəxs icazəsiz müxtəlif tədbirlər keçirir. - Partiyanın mətbuat katibi Esmira Şükürova BBC Azərbaycancaya bildirib. - 2012-ci ildə biz qurultay keçirmişik, həmin vaxt Fatma Əliyeva partiyanın sədri

seçilib. Əgər biz cənab prezidentimizi dəstəkləmişiksə, bizim adımızdan istifadə etmək necə olar”x9d.

BBC Azərbaycancaya, 24 iyun 2013-cü il.

Əlisahib Hüseynov və onun əlaltılarının sonuncu prezident seçkilərində təxribatla məşğul olmaları barədə dövlət nümayəndələrinin də təsdiqlədiyi çoxlu faktlar göstərmək olar. Buyurun, bir neçəsi ilə tanış olun:

Siyavuş Novruzov, YAP-ın icra katibinin nmüavini, Milli Məclisin deputatı: “Qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər. Nə zamansa belə bir partiya olub, sonra bir neçə yerə parçalanıb, bir qrup şəxs təşkilatdan qovulub. Indi həmin qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər. Tanınmamış partiya tərəfindən bu cür addımın atılması da absurd məsələdir. Bütün bunlardan sonra belə bir addımın atılması ya həmin şəxslərin düşüncəsizliyinin nəticəsidir, ya da onların təxribatıdır. Yaxud da nəsə əldə etmək istəyində olan insanların siyasi savadsızlıqları ucbatından atdıqları yarınmaq əməllərindən biridir. Onların siyasi savadsızlıqları o səviyyədədir ki, bilmədikləri bir məsələ haqda qərar verirlər. Ona görə də buna fikir vermək lazım deyil".

YAP-çı deputat Eldar Ibrahimovun məsələyə münasibəti belə olub: “...Hakimiyyətin namizədi Ilham Əliyevdir. Mən dediyiniz partiyanın sədrini tanımıram və həmin partiya haqda məlumatım da yoxdur. Onların bu addımı ziddiyyətlidir, bu bir təxribat da ola bilər”x9d.

YAP-dan Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə də Əlisahib Hüseynov və onun dəstəsinin əmələrini təxribat kimi qiymətləndirib.

Belə faktlar istənilən qədərdir. Yazırsınız ki, Sevda Xurşudova Əlisahib Hüseynovun sədr olduğu müddətdə DADP-də olmayıb. Elə isə sabiq mərbuat katibi Esmira Şükürovanın bəyanatlarını bir daha diqqətlə oxuyun.

Əsəd bəy bildirir ki, hazırda Esmira Şükürova Əlisahib Hüseynovun yanındadır. Bunun bizim partiyamıza heç bir aidiyyəti yoxdur. O da bir azərbaycanlı qadınıdır. Dünən bizim yanımızda idi, bu gün Əlisahib Hüseynovun. Bu, onun öz seçimidir. Ancaq DADP sədri Fatma xanım Esmira Şükürovaya hər ay əmək haqqı verirdi. Əlavə imtiyazları demirik. Heç olmasa, Ə.Hüseynov da ona əmək haqqı versin ki, dolanışığını təmin edə bilsin.

Bizim kimləsə işimiz, problemimiz, intriqamız yoxdur.DADP olaraq son illər keçirdiyimiz tədbirlər çox zəngin olub. Xocalı qaçqınlarına yardımlar etmişik, Qubada soyqırımı qurbanlarının abidəsini ziyarət etmişik, Ulu öndərin anım mərasimi keçirmişik, 20 Yanvar faciəsinin ildönümünü qeyd etmişik, respublikamızın müxtəlif regionlarında icra hakimiyyətinin razılığı əsasında tədbirlər keçirmişik və icra hakimiyyəti işçilərinin vasitəçiliyi ilə imkansız ailələrə yardım etmişik. Əvvəllər belə tədbirlərdə Esmira Şükürova da fəal iştirak ediri. Mən həmişə onunla çiyin-çiyinə olmuşam. Bunu təsdiqləyən şəkillərimiz də var.

Deylənlərə görə, Əlisahib Hüseynov Gürcüstanda hansısa təhsil müəssisəsi açıb. Əsəd bəy, inanın ki, mən buna qəlbən sevinirəm. Öz maddi maraqları naminə Əlisahib Hüseynovun ətrafına toplaşanlar, onun puluna tamah salanlar, heç olmasa, imkan versinlər ki, bu kişi öhdəsindən gələ bildiyi işi- təhsil müəssisəsini axıra çatdıra bilsin. Qaldı ki, DADP-yə, bu

partiyanın qurultayda seçilmiş sədri Fatma Əliyeva var və partiyanı çox yaxşı idarə edir. Bu gün Azərbaycanın ictimai-siyaisi həyatındakı fəaliyyətinə görə 2-3 pariyadan biri də DADP-dir. Əgər Əlisahib Hüseynov legitim partiya sədri olmaq istəyirsə, 2017-ci ildə keçiriləcək növbəti qurultayda namizədliyini irəli sürsün. Səs toplayarsa, DADP sədri olar. Daha qondarma sədr kimi özünü rüsvay etməsin.

Kimlərsə, DADP adından istifadə edib parlament seçkilərin ərəfəsində hər hansı bir təxribat törədə bilməyəcəklər. Görünür sonuncu prezident seçkilərində aldıqları qanuni cəza onlara bəs olmayıb.

Elnur Məlikov,

DADP üzvü, Analatik Araşdırma qrupunun rəhbəri"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO