Moderator.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov Quba rayonunda seçiciləri ilə görüşüb. Görüş zamanı Milli Məclisdəki fəaliyyəti barədə vətəndaşlara məlumat verən millət vəkili, əvvəlki qəbullar zamanı seçicilər tərəfindən qaldırılan bir çox məsələlərin həlli istiqamətində aparılan işlərdən də danışıb. Seçicilər tərəfindən qaldırılmış problemlərdən sonra rayonun bir neçə yaşayış məntəqələrində su çəkilişi, uşaq baxçalarının tikintisi, yolların abadlaşdırılması və bu kimi başqa işlərin görülməsi istiqamətində deputatın təşəbbüsü ilə icra olunan layihəlıər barədə məlumat verilib.
Görüşdən sonra deputat qəbul üçün
yazılmış 32 nəfər Quba sakinini öz ofisində qəbul edib. Seçiciləri narahat edən
mənzillə təmin olunma, torpaqların paylanması, həbs edilmişlərin əfv olunması,
kreditlərin verilməsi, işlə təmi olunma və s. problemləri diqqətlə dinləyən
millət vəkili, onların tez bir zamanda həlli üçün tədbirlər müəyyən edib. Qəbula
gəlmiş Quba sakini - güləş üzrə dünya çempionu Musa Mirzəyevin gələcək planları
barəsindəki fikirlərinə müsbət yanaşan deputat, elə yerindəcə Rayon İcra Hakimiyyəti
ilə birgə vacib olan bir neçə məsələni həll edib.
Keçən qəbulda işsiz kimi iştirak edən Hikmət Həsənov yenə qəbula gələrək
millət vəkilinin köməyi ilə Rayon Sosial Təminat Şöbəsində işə düzəldiyini
bildirib, millət vəkilinə təşəkkür edib. Qəbuldan sonra V.Əhmədov Rayon İcra
Hakimiyyətinin rəhbərliyi ilə görüşüb, rayond aparılan quruculuq işləri ilə
tanış olub.
Millət vəkilinin növbəti qəbulu dekabr ayına planlaşdırılır.







































































































