Təhsil eksperti Nazirlər Kabinetinin qərarını alqışladı...

Təhsil eksperti Nazirlər Kabinetinin qərarını alqışladı...

Hazırda oxunan: Təhsil eksperti Nazirlər Kabinetinin qərarını alqışladı...

60578
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında dərs ilinin uzadılması barədə Nazirlər Kabinetinin qəbul etdiyi son qərarın müsbət nəticələrindən danışıb:

"Nazirlər Kabinetinin 30 oktyabr, 2014-cü il tarixli, 362 saylı qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddətini  iki həftə uzatmasını alqışlayıram. Çünki dövlət gənclərin  zaman resursuna nə qədər çox sahib çıxarsa,  bu bir o qədər yaxşıdır. Çünki onda həm təhsilin, həm də tərbiyyənin səviyyəsi yüksələr.
Biz ilin 52 həftəsinin 32 həftəsindən tədrisdə istifadə edirik. Yəni Təhsil Nazirliyi şagirdlərin vaxt potensialının cəmi 61,5% -dən istifadə edirdi.  Nazirlik dərs ilinin müddətini 2 həftə  uzatmaqla bu rəqəmi 65 % -ə qaldırdı.  

Şübhəsiz, orta məktəblərdə dərs ilinin müddətinin artırılması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən faktordur. Çünki bu yolla şagirdlərin bir günə düşən dərs yükünü azaltmaq  və ya daha çox bilik vermək imkanınını artıtrmaq mümkündür.  Yay tətilinin qısaldılması ilə mənimsənilən biliyin yaddan çıxmasının qarşısı alınır."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO