Tanınmış vəkil, hörmətli ziyalı Əlirza Həbilov Moderator.az-ın iki yaşının tamam olması münasibəti ilə saytımızı təbrik edib. Təbrik məktubunda deyilir:
“Saytın baş redaktoru
başda olmaqla Moderator.az-ın bütün kollektivini təbrik edirəm. Bu gün təbrik
günüdür, bunu kollektiv bu günədək obyektiv mövqeyi və peşə mədəniyyəti ilə qazanıb.
Bu bir faktdır ki, mən bir neçə dəfə obyektiv və müsbət peşə fəaliyyətinizə görə
minnətdarlığımı bildirmişəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.








































































































