.Səhiyyə Nazirliyi Mingəçevirdə doğuş zamanı ana və uşaq ölümünə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, 30 yaşlı Svetlana Qasımova oktyabrın 19-da, saat 23:10-da xəstəxanaya müraciət edib.
“Qadın xəstəxanaya qəbul ediləndə ona vaxtından əvvəl dölyanı mayenin axması diaqnozu qoyulub. Həmçinin uşaqda həqiqi düyün müşahidə olunub. Təbii yolla uşaq ananın bətnindən xaric olunub”.
A.Qədirlinin sözlərinə görə,qadının yaxınları meyitin ekspertizasının aparılmasına yaxınları tərəfindən icazə verilməyib. Lakin buna baxmayaraq nazirliyin Doğuşayardım Komissiyası tərəfindən ölüm səbəbinin araşdırılmasına başlanılıb.

































































































