“Fransa separatizmi dəstəkləməklə özünü Avropa İttifaqında daha da hörmətdən salacaq”

“Fransa separatizmi dəstəkləməklə özünü Avropa İttifaqında daha da hörmətdən salacaq”

Hazırda oxunan: “Fransa separatizmi dəstəkləməklə özünü Avropa İttifaqında daha da hörmətdən salacaq”

576660

“Fransanın xarici işlər naziri Katron Kolonna oktyabrın 20-dən Ermənistanda olan Aİ-nin müşahidə missiyasının mandatının vaxtının artırılmasını vacib saymasının məqəsdi gələcəkdə bu misiyasının timsalında Rusiyanı Ermənistandan sıxışdırılıb yerinə Fransanının keçməsinə hesablanmış Fransa-Ermənistan sövdələşməsidir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan bu gün də müstəqil siyasət yürüdə, müstəqil qərar qəbul edə bilmir:

 

“Ermənistan müstəqil ölkə olmadığından Rusiyanın və Qərbin ortalığındadır və ona görə də öz ölkəsinin milli maraqlarına uyğun qərar qəbul edə bilmir. Fransa elə bilir ki, Aİ-nın misisyasını uzatmaqla Rusiyanı Ermənistandan çıxarda biləcəkdir. Fransa bu məsələni Rusiyanın zəifləndiyini hesab edərək reallaşdırmaq niyyətinə düşmüşdür. Amma yəqin hesablamayıb ki, Ermənistan iqtisadiyyatının 80%-dən çoxu Rusiyaya məxsusdur və Ermənistan Rusiya tərəfindən idarə olunur. Aİ-nın misisyasının Ermənistanda olması bu, özlərinin daxili işidir və bunun Azərbaycana aidiyyatı yoxdur. Ermənistan öz ərazisinə kimi istəyirsə dəvət edə bilər. Azərbaycan isə özünün ərazisinin bütötövlüyünü təmin edir və bütün hərəkətlərimiz suverən əraziləri daxilində aparır. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi də Azərbaycanın qanunlarına uyğun təmin ediləcəkdir. Avropa İttifaqı Azərbaycanın bu ədalətli mövqeyi ilə razıdır və ona görə də 6 oktyabrda Praqada imzalanmış Bəyanatda da bütün tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası BMT Nizamnaməsinə və 1991-cı il Alma-Ata dekalarasiyasına uyğun tənzimlənilməsinə razılaşmışdır. Aİ Azərbaycana etibarlı strateji tərəfdaş kimi baxır və enerji təhlükəsizliyinin təmin olunmasına ölkəmizin verdiyi töhfəsi çox yüksək səviyyədə dəyərləndirlir. Fransa isə tamamilə əksinə olaraq Avropa ittifaqını Azərbaycana qarşı düşmənçiliyi ifadə etməyə öz tərəfinə çəkməyinə cəhd etməklə bu ittifaqın maraqlarını ayaq altına atmış olur. Avropa İttifaqı isə Azərbaycanla münasibətdə Fransanın yuyulmamış çömçə kimi ortaya atılaraq nümayiş etdirdi ədalətsiz mövqeyini dəstəkləmir. Hesab edirəm ki, Fransa separatizmi dəstəkləməklə Ermənistana daxil olmaq cəhdi ilə özünü Avropa İttifaqında onsuz da olmayan hörmətdən salacaq. Fransanın beynəlxalq təşkilatlarda da Ermənistanla birləşərək Azərbaycana qarşı ədalətsiz və reallıqdan uzaq qətnaməılər qəbul etdirmək cəhdləri də boşa çıxdı və özü biabırçı vəziyyətdə qaldı. Bütün bunlar onu göstərir ki, Fransa kimi qoca bir dövlətin başında dayanan lider deyil və Makron təsadüfü adamdır. Azərbaycanın mövqeyi bəllidir və heç bir dairə ölkəmizi öz ədalətli mövqeyindən çəkindirə bilməz”.

 

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO