Strategiya.az-a verilən məlumata görə, BMAM sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner ilə görüşüb.
Beynəlxalq Münasibətlərin
Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycandakı səfiri
Vitezslav Pivonka və səfirin müavini Petr Vagner ilə görüşüb. Görüşdə BMAM sədri
Rufiz Qonaqov Çexiyanın Azərbaycana dost ölkə olduğunu vurğulayaraq hər iki ölkənin
vətəndaş cəmiyyətlərinin gündən-günə inkişaf etdiyindən, Azərbaycan dövlətinin
vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz
Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları
ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident
Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz
dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini
daha da genişləndirirlər. BMAM Sədri eyni zamanda bildirib ki,Azərbaycan qısa
zaman ərsizndə Avropaya uğurla inteqrasiya edib. Azərbaycan və Çexiya vətəndaş
cəmiyyətləri arasında əməkdaşlığın və əlaqələrin daha da yaxınlaşması, birgə
forum,tədbir və konfransların keçirilməsi bu əlaqələri daha da inkişaf etdirə
bilər.
Çexiya
səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner görüş üçün BMAM sədri
Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini
vurğulayıb. Səfir bildirib ki, Çexiya və Azərbaycan vətəndaş cəmiyyətləri
arasında əməkdaşlığın daha da artırılması və birgə tədbirlərin keçirilməsi təşəbbüsünü
dəstəkləyir. Bu təşəbbüslərin həyata keçməsi üçün Çexiya səfirliyi hər cürə dəstək
verməyə hazırdır.









































































































