“Kəlbəcər girovlarının işi ilə bağlı rəy hazırlanır”

“Kəlbəcər girovlarının işi ilə bağlı rəy hazırlanır”

Hazırda oxunan: “Kəlbəcər girovlarının işi ilə bağlı rəy hazırlanır”

55379
“Azərbaycanın girov düşmüş iki vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə hər hansı bir yeni informasiya almamışıq. Onlarla bağlı ermənilər tərəfindən açılmış cinayət işinə qarşı rəy hazılayırıq”. Bunu modern.az- a açıqlamasında Kəlbəcər girovlarının hüquqlarını müdafiə edən jurnalist Elxan Salahov deyib. 
“Hüquqi əsasları olmayan cinayət işi barədə hazıladığımız rəyi geniş ictimaiyyətə, beynəlxalq təşkilatlara, Qızıl Xaç Komitəsinə ünvanlayacağıq”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev, həmçinin öldürülərək Dağlıq Qarabağda dəfn olunan Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı hər hansı yeni informasiya olmadığını söyləyib.

Qeyd edək ki, adı çəkilən şəxslər işğal olunmuş Kəlbəcər rayonunda ermənilərə girov düşüb. Onlardan Həsən Həsənov ölüdürülərək Dağlıq Qarabağda dəfn olunub. Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı isə cinayət işi açılıb. Ermənilər hər iki azərbaycanlının diversant olduğunu iddia edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO