FHN həkimlərlə birgə -  FOTO

FHN həkimlərlə birgə - FOTO

Hazırda oxunan: FHN həkimlərlə birgə - FOTO

53294
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib. 

Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları iştirak edib. Xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub. Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxış olub.

Çıxışlar zamanı tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri izah olunub. Tədbirdə fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə video-çarxlar nümayiş etdirilib.

Praktik hissə zamanı institutun həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə lazımı avadanlıqlar və cihazlar göstərilib. 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO