Həsən Həsənovun meyitinin qaytarılması üçün Şeyxə müraciət edildi

Həsən Həsənovun meyitinin qaytarılması üçün Şeyxə müraciət edildi

Hazırda oxunan: Həsən Həsənovun meyitinin qaytarılması üçün Şeyxə müraciət edildi

51108
“Həsənin meyitinin geri qaytarılması üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət etmişik”. 

Bu barədə Modern.az saytına cəhbə xəttini keçənlərdən biri - Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. 

“Ötən həftə şeyxə müraciət məktubu yazdıq. İnanırıq ki, qardaşımın meyitinin geri qaytarılması üçün bizə kömək göstəriləcək”.

N.Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə yeni bir məlumat almaq üçün  gedəcəyini açıqlayıb. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Modern.az-a açıqlamasında bildirib ki, girovlarla bağlı hər hansı yeni məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda  iki Azərbaycan vətəndaşını girov götürüb.  Həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş 3-cü şəxs ”“ Həsən Həsənov isə girov düşərək öldürülüb və Dağlıq Qarabağda ermənilər tərəfindən BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub. Onun meyitinin geri qaytarılması üçün dialoqlar davam etdirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO